Kartof yumrularının əkinqabağı cücərdilməsi, əsasən, 2 mərhələdə aparılır:
Toxumluq məqsədi ilə ayrılmış yumrular 2-3 həftə ərzində 0,5-1,0 metr hündürlükdə yığılaraq normal havalandırma şəraitində (9-12oC temperaturda) saxlanılır.
Yumrularda tünd-yaşıl rəngdə 2-3 millimetr uzunluğunda cücərtilər əmələ gətirildikdən sonra əkinə başlanmalıdır (Şəkil 3.18).
Hava şəraiti əkinin keçirilməsinə imkan vermədiyi halda cücərmiş toxumlar təkrarən 4-5oC temperatur şəraitində saxlanmalıdır ki, yumrularda fizioloji dəyişkənlik getməsin və cücərtilər uzanmasın (Cədvəl 3.3).
Kartof əkinində digər üsullardan da istifadə olunur.
Belə ki toxumlar iki gün müddətində 30oC-də və yaxud 5 gün ərzində 20oC temperatur şəraitində saxlandıqdan sonra (cücərtilər 1-2 millimetr uzandıqda) yenidən 10-15oC-yə endirilir və yumrular əkin üçün hazır vəziyyətə gətirilir.
Cücərtilər həddən artıq uzandıqda əkin zamanı tez qopur, zədələnir və nəticədə çıxış alınan əsas gövdələrin miqdarı azaldığı üçün məhsuldarlıq kəskin surətdə aşağı düşür.
Toxumluq kartof yumruları əkindən əvvəl çeşidlənməli, xəstəliklərlə sirayətlənmiş, qeyri-standart (25 millimetrdən aşağı və 80 qramdan yuxarı) yumrulardan təmizlənməlidir.
Seçilmiş yumrular şəkillərinə görə çeşidlənməlidir.
Yumruların ölçülərindən, əkin sxemlərindən asılı olmayaraq bütün hallarda əkin materialı eyni dərinliyə basdırılmalıdır ki, normal və bərabər hündürlükdə çıxış əldə etmək mümkün olsun.
Şərait | Toxumluq kartof | Ərzaqlıq faraş kartof |
İlk 8 gün ərzində havanın temperaturu (C/selsi) | 12 | 16 |
9 gündən sonra temperatur(C/selsi) | 9 | 11 |
Sonrakı günlər (C/selsi) | 6 | 6 |
Orta temperatur (C/selsi) | 7 | 9 |
İşıqlanma müddəti (saat/gün) | 8-11 | 8-11 |
Havanın nisbi nəmliyi (faiz) | 80-85 | 80-8 |
Cücərmə müddəti (həftə) | 5-6 | 3-5 |
Əkinə 2-3 həftə qalmış temperatur (C/selsi) |
Gündüzlər 6 dərəcə, gecələr 4 dərəcə və mütəmadi havalandırma |
Gündüzlər 6 dərəcə,
gecələr 4 dərəcə və mütəmadi havalandırma |
Cədvəl 3.3. Əkinqabağı kartof yumrularının ilkin cücərti alınmasının təxmini şərtləri.