3.1.1.8. Monoliza
Hollandiyada yaradılmışdır. Orta faraşdır. Yumruları əla xarici görkəmə malikdir, uzun və oval formadadır. Yumrusu çox iridir. Əksər torpaq-iqlim zonalarında yetişdirmək mümkündür. Məti yaxşıdır. Çıxışı nisbətən zəifdir. Bişirilərkən dağılmır. Məhsuldarlığı yüksəkdir. Dəmgil və fitoftoroz xəstəliklərinə həssasdır. Virus xəstəliklərinə davamlıdır (Şəkil 3.9).
3.1.1.9. Latona
Hollandiyada yaradılmışdır. Sort tez yetişəndir, yüksək məhsuldardır (500-600 sentner/hektar). Yumruları sarıdır, dairəvidir, əla dad keyfiyyətinə malikdir, bişirilərkən dağılmır, quru maddəsi çoxdur. Yarpaq və yumruları fitoftoroza, dəmgilə və nematoda davamlıdır (Şəkil 3.10).
3.1.1.10. Yarla
Hollandiyada yaradılmışdır. Sort çox faraşdır. Yüksək məhsuldardır, yumruları iridir. Bütün torpaq tiplərində yetişdirilir. Yumruları oval formadadır. Əmtəəlik keyfiyyəti yaxşıdır. Quru maddəsi nisbətən aşağıdır. Fitoftoroza orta dərəcədə davamlı, virusa, dəmgilə və xərçəngə isə davamlıdır. Pestisidlərə həssasdır. Məti yaxşıdır (Şəkil 3.11).