Sual 7. Kartof Avropa qitəsinə, lap dəqiq desək, İspaniyaya neçənci ildə gətirilmişdir?
A) 1681-ci il;
B) 1588-ci il;
C) 1700-cü il;
D) 1568-ci il.
Sual 8. Azərbaycana kartof bitkisi nə vaxt və haradan gətirilmişdir?
A) XIX əsrdə Rusiyadan;
B) 1600-cü ildə Fransadan;
C) 1651-ci ildə Berlin krallığından;
D) XVI əsrin 70-ci illərdə Sevilyadan.
Sual 9. Kartof bitkisi ilk dəfə Azərbaycanın hansı rayonunun kəndinə və neçə kiloqram gətirilmişdir?
A) Tovuz rayonunun Qovlar kəndinə 22 kiloqram;
B) Kəngərli rayonunun Çalxanqala kəndinə 45 kiloqram;
C) Gədəbəy rayonunun Hacılar kəndinə 16 kiloqram;
D) Şəmkir rayonunun Şiştəpə kəndinə 78 kiloqram.
Sual 10. Kartofun mədəni halda neçə növü geniş yayılmışdır?
A) 200;
B) 2;
C) 18;
D) 63.
Sual 11. Kartof bitkisi kollanmasına görə neçə cür olur?
A) 4;
B) 3;
C) 5;
D) 2.
Sual 12. Torpağın quruluşundan asılı olaraq 60 faiz kök neçə santimetr dərinliyə gedir?
A) 10-25 santimetr;
B) 25-30 santimetr;
C) 5-9 santimetr;
D) Daha dərin qatlara.
Sual 13. Kartof bitkisinin kök sistemi qumsal torpaqlarda gilli torpaqlara nisbətən təqribən neçə dəfə çox inkişaf edir?
A) 2;
B) 5;
C) Bərabər inkişaf edir;
D) Qumlu torpaqlarda inkişaf etmir.