Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Kartofun kökyumrusunda neçə faiz su, neçə faiz nişasta var?
A) 75,0; 20,45;
B) 2; 0,3;
C) 1; 1,1;
D) 85; 28,5.
Sual 2. Kartof bitkisinin tərkibində hansı vitamin çoxluq təşkil edir?
A) K;
B) D;
C) PP;
D) C.
Sual 3. Tibb sahəsində kartofdan daha çox nə hazırlanır?
A) Şpris;
B) Tabletka dərmanlar;
C) Bint;
D) Spirt və qlükoza.
Sual 4. Kartofun emalı zamanı yaranmış tullantılardan və yerüstü hissəsindən heyvandarlıq üçün nə hazırlanır?
A) Kəpək;
B) Silos;
C) Senaj;
D) Saman.
Sual 5. 1 ton kartof yumruları ilə yemləndirilmiş donuzlar çəkidə neçə kiloqram artım verir?
A) 36 kiloqram;
B) 50 kiloqram;
C) 80 kiloqram;
D) 112 kiloqram.
Sual 6. 1 ton kartof yumrusundan neçə litr spirt alınır?
A) 80 litr;
B) 55 litr;
C) 112 litr;
D) 65 litr.