Nəzəri biliklərin qiymətləndirilməsi
Test 10
Sual 1. Şəkər çuğundurunda şəkərin toplanması havanın orta sutkalıq temperaturunun hansı göstəricilərinə qədər davam edir?
A) 10-120C-ə yüksələnə qədər;
B) 6-80C-ə enənə qədər;
C) Havanın tempraturu -30C-ə düşənə qədər;
D) Havanın tempraturu 100C-dən yuxarı olanda.
Sual 2. Məhsul yığımını nə vaxt gecikdirmək lazımdır?
A) Tarlada yaşıl yarpaqlı massivlər olduqda;
B) İri alaqlar və çiçəkləmiş çuğundurlar olduqda;
C) Vegetasiyanın sonuna yaxın;
D) Tarlada yaşıl yarpaqlı massivlər olmadıqda.
Sual 3. Yığımın hansı üsulla təşkili aşağıda verilən hansı amillərdən asılıdır?
A. Əkin sahəsinin ölçülərindən;
B. Məhsulun miqdarından;
C. Nəqliyyat vasitəsinin olması və daşınma məsafəsindən;
D. İşçilərin sayından.
Sual 4. Yığımdan qabaq hansı əməliyyat həyata keçirilir?
A) Tarla şumlanmaldır;
B) Tarla suvarılmalıdır;
C) Tarla gübrələnməlidir;
D) İri alaq otları və çiçəkləmiş çuğundurlar tarladan kənarlaşdırılmalıdır.
Sual 5. İlk olaraq hansı tarlanın hansı hissələrinin məhsulu toplanmaldır?
A) Tarlanın kənarlarının və küzlər arası gediş sahələrinin;
B.) Tarlanın ortasının və dönmə zolaqlarının;
C) Dönmə zolaqları və küzlər arası gediş sahələrinin;
D) Küzlər arası gediş sahələrinin.