Kolun yığcam olmasına görə də kartof bitkisi:
Gövdələrin dik durmasına görə kartof bitkisi:
Kartofun yarpaqları mürəkkəbdir, əsasən, saplağın üzərində növbə-növbə yarpaq ayaları yerləşir. Kartofdan daha çox məhsul, bitkilər yaxşı inkişaf etdikdə alınır.
Yumrulardan alınan kartof bitkisinin kök sistemi saçaqlı olur (Şəkil 1.17). Köklər torpağa çox dərin getmir. Torpağın quruluşundan asılı oaraq 60 faiz kök 10-25 santimetr, 30-40 faiz kök 25-30 santimetr dərinlikdə və 1-5 faiz kök isə daha dərin qatlarda yerləşir. Bərk torpaqlarda, xüsusən, gilli torpaqlarda kartofun kök sistemi çox pis inkişaf edir və 10-20 santimetr dərinlikdə yerləşir. Kartof bitkisinin kök sistemi qumsal torpaqlarda gilli torpaqlara nisbətən təqribən 2 dəfə çox inkişaf edir. Kök sistemi torpaqdakı nəmliyi qəbul edərkən müəyyən şəkildə tənzimləyir. Yəni nəmlik çatışmadıqda bitkinin kökündən az istifadə edir, nəmlik çox olduqda isə bitkinin kökündən daha çox istifadə edir. Kartofun kök sistemi suyu və fosforu yaxşı, azot və kaliumu bir az zəif mənimsəyir (qəbul edir).
Gözcüklərin miqdarı yumruların uc hissəsində çox olur. Hər bir gözcükdə ən azı 3 ədəd yatmış tumurcuq olur. Əvvəlcə aktiv gözcüklərin hər birində bir gözcük oyanır və cücərir. Əgər həmin cücərti qırılarsa, həmin gözcükdəki ikinci tumurcuq inkişaf edib cücərir, lakin bu cücərti əvvəlkindən bir az zəif olur. Əkin vaxtı kartof yumrularının uc hissəsindəki gözcüklər birinci oyanır (Şəkil 1.18). Ona görə də qida maddələrinin qatılığı həmin hissədə digər hissələrə nisbətən daha yüksək olur. Məsələn, boy maddələri, mikroelementlər, fosfor və kalium uc hissədə daha çox toplanır. Yumrular işıqda cücərdikdə cücərtilərin rəngi yaşıl, qırmızı-bənövşəyi, yaxud mavi-bənövşəyi olur.