Şəkər çuğundurunun gübrələnmə texnologiyası üç üsuldan ibarətdir:
Şəkər çuğundurunun intensiv gübrələmə dovrü payız fəslidir.
Belə ki cərgələrə və yemləmə şəklində vegetasiya dövründə cərgələrarasına verilən gübrələr əsas gübrələməyə bir növ əlavə sayılır. Müasir istehsal texnologiyası ümumi illik gübrə normasının (elementlərin düzgün nisbətini də nəzərə almaqla) 80-90 faizini payızda verməyi nəzərdə tutur. Ancaq suvarılan torpaqlarda azot gübrələrinin əsas hissəsi səpinqabağı torpağa və vegetasiya dövründə isə bitkiyə verilir. Suvarılan təsərrüfatda çuğundurda yemləmə gübrəsi erkən dövrdə bitkidə çəngəlcik əmələ gələndən başlayıb beşinci cüt yarpaqlar yaranan dövrdə başa çatdırılmalıdır. Bilmək lazımdır ki, yemləmə gübrəsini göstərilən fazada verməyib sonrakı gecikmiş fazada verilməsi kökümeyvə məhsulunun azalmasına səbəb olmaqla şəkər faizinin aşağı düşməsinə də səbəb olur. Səpinlə birlikdə fosfor gübrəsi verilməsinin faydalılığı hər bir bölgədə sübut edilmişdir. Gübrə cərgələrə verildikdə o toxum yatağından 2-3 santimetr dərinə və toxum səpilən cərgədən 5-7 santimetr aralı verilməlidir. Cərgələrə verilən gübrə dozası az olur və hər hektara azot (N) 10 kiloqram, fosfor (P) 20 kiloqram, kalium (K) 10 kiloqram nisbətində götürülür. Bu üsulda gübrələmədən məhsul artımı hektara 2-2,5 ton olur. Səpinlə birlikdə verilən gübrələr dənəvər olsa, bitki tərəfindən daha yaxşı mənimsənilir və onu səpmək də çox əlverişlidir.