9.1.4.1. Maqnezium
Maqnezium xlorofil dənəciklərinin tərkibinə daxil olub bitki tərəfindən fosfor turşusunun mənimsənilməsinə kömək edir (Şəkil 9.14). Maqnezium çatışmazlığı nəticəsində yarpaqlarda ləkələr əmələ gəlir, nekroz xəstəliyinə sirayətlənir və yarpaqlar məhv olur (Şəkil 9.15).
9.1.4.2. Manqan
Manqan çuğundur yarpaqlarında şəkərin toplanaraq köklərə doğru hərəkət etməsinə təsir edir. Bununla bərabər, bitkinin böyüməsini sürətləndirir, bitkinin xloroz xəstəliyinə yoluxmasının qarşısını alır (Şəkil 9.16).
9.1.4.3. Bor
Bor bitkidə katalizator kimi iştirak edir və çuğundur kökündə şəkərin toplanmasına təsir edir. Bor çatmadıqda çuğundur yarpaqları saralır, boy nöqtəsi tələf olur və bitki kökünün özəyində çürümə xəstəliyi baş verir (Şəkil 9.17).
9.1.4.4. Sink
Sink şəkər çuğunduru bitkisində zülal mübadiləsinə təsir edir, boy artımını sürətləndirir. Bitkidə sink çatışmadıqda yarpaqları ensiz olur və solur (Şəkil 9.18).
9.1.5. Üzvi gübrələr
Şəkər çuğunduru üçün üzvi gübrələrin xüsusi əhəmiyyəti vardır.
Bunlаrdаn ən çох istifаdə оlunаnı pеyindir (Şəkil 9.19.). Yахşı hаzırlаnmış pеyinin tərkibində 0,5 faiz N (azot), 0,25 faiz P2О5 (fosfor oksidi) və 0,6 faiz K2О (kalium oksid) оlur.