Bu üsulda toxumlar arasında məsafə qoyulur, normal cücərtilər alındığından seyrəltməyə ehtiyac qalmır, hər metrəyə 20 toxum səpilir.
Adi texnologiya ilə becərdikdə cərgəarası 60 santimetr olduqda səpin norması hektara 10-12 kiloqram, (bir metrə 35-38 kələfcə) 45 santimetr olduqda isə 30 kiloqram götürülür.
Sənaye texnologiyasında hektara səpin norması 6-8 kiloqram, (bir metrə 12-14 meyvə), alaqlardan təmiz, münbit, habelə xəstəlik və zərərvericilərdən təmiz sahələrdə 1 metr cərgəyə 9-10 kələfcə, (4,5-6,0 kiloqram) səpmək olar.
Səpin norması aşağıdakı düsturla təyin olunur:
N = B x S : T x 100
Burada:
N - Hektara səpiləcək toxum (kiloqram);
B - Hektarda tələb olunan bitki (milyon ədəd);
S - 1000 ədəd toxumun kütləsi (qram);
T - Səpiləcək toxumun yararlılıq dərəcəsi (faiz).
Tutaq ki,
B = 0,1 milyon, S = 15 qram, T = 95 faizdir.
Onda N = 0,1 x 15 : 95 x 100 = 1,58
Beləliklə, bir hektarda 100 min bitki olması üçün 1,58 kiloqram toxum səpilməlidir (təmiz toxum).
Səpin normasının artırılıb-azaldılması aşağıdakı amillərlə bağlıdır:
Şəkər çuğundurunun səpin normasının təyinatı, ümumiyyətlə, bu bitkinin istehsal texnologiyasını müəyyənləşdirən əsas amildir.
Cücərtilərin seyrəldilməsi - formaya salınması əllə aparıldığı hallarda səpin norması 32-34 kiloqram/hektara müəyyənləşdirilmişdir.
Bu göstərici bəzi yerlərdə hətta 45-48 kiloqram/hektara çatdırılır.