Birtoxumlu Yaltuşkovski. Vinnitsk vilayətinin Yaltuşkovski seleksiya məntəqəsində hibridləşdirmə, sonra çoxtəkrarlı seçmə yolu ilə yetişdirilmişdir. Yüksək məhsuldar, çox şəkərli sortdur (Şəkil 8.4).
Birtoxumlu Ramonsk-9 - ümumittifaq Elmi Tədqiqat Şəkər Çuğunduru İnstitutunda altı sortun qarışığından fərdi seçmə yolu ilə əldə edilmişdir. Yüksək məhsuldar sortdur.
8.1.2. Çoxtoxumlu sortlar
Şəkər çuğunduru istehsalında birtoxumlu sortlarlа yanaşı, çохtохumlu sоrtlаrdаn dа istifаdə оlunur. Bеcərilmə tехnоlоgiyаsının mехаnikləşdirilməsi birtoxumlu sortlara nisbətən çətin başa gəldiyinə görə çoxtoxumlu sortlar tədricən istehsalatdan çıxarılır. Lаkin sеlеksiyа işlərinin аpаrılmаsı üçün bu sоrtlаr qiymətli gеnеtik mаtеriаllаrdır.
Pervomaysk-028. Krasnodarın Pervomaysk seleksiya-təcrübə stansiyasında çoxtoxumlu sortlardan fərdi seçmə yolu ilə əldə edilmişdir.Yüksək məhsuldar, çox şəkərli sortdur.
Ramonsk-06. Ümumittifaq Elmi Tədqiqat Şəkər Çuğunduru İnstitutunda Ramonsk təcrübə stansiyasında çoxtoxumlu sortların qarışığından fərdi seçmə üsulu ilə yetişdirilmişdir.
Kiva (Almaniya). Azərbaycanda 2002-ci ildən rayonlaşdırılmışdır.
Lena (Almaniya). Azərbaycanda 2002-ci ildən rayonlaşdırılmışdır.
FD RH 0005 F1 (Fransa Florimond Despres firması). Azərbaycanda 2006-cı ildən rayonlaşdırılmışdır.
Ameli F1 (Fransa Florimond Despres firması). Azərbaycanda 2008-ci ildən rayonlaşdırılmışdır.
8.2. Hektar üçün toxum normasının hesablanması
400-500 sentner kökümeyvə məhsulu almaq üçün yığımqabağı hektarda 95-100 min bitki olmalıdır.
Cərgəarası 60 santimetr olan suvarma zonalarında bitkiarası məsafə 10-15 santimetr götürülür.
Hal-hazırda punktir səpin üsulu, yəni sıxyuva üsulu daha geniş tətbiq olunan əlverişli üsul sayılır(Şəkil 8.5).