Nəzəri biliklərin qiymətləndirilməsi
Test 5
Sual 1. Kartofun çıxarılmasını asanlaşdırmaq, yumruların ölçülərini toxumluq boyda tutmaq, xəstəliklərin daşınmasını önləmək üçün bitkilərin ........................ təbii yetişkənliyi gözlənilmədən məhv edilir.
Nöqtələrin yerinə uyğun olan variantı qeyd edin.
A) Yaşıl kütləsi;
B) Kökyumruları;
C) Çiçəkləri;
D) Yarpaqları.
Sual 2. ........................ yoluxmuş sahələrdə kartofun yerüstü kütləsi digər əkinlərə nisbətən daha tez təmizlənməlidir.
Nöqtələrin yerinə uyğun olan variantı qeyd edin.
A) Fomoza;
B) Fitoftoroza;
C) Yumruların yaşıllaşmasına;
D) Adi dəmgilə.
Sual 3. Yumruları saxlanmaya qoyarkən, ilk növbədə, soyuducu anbarlarda neçə dərəcə temperatur rejimi yaradılmalıdır?
A) 6-8 dərəcə;
B) 0-3 dərəcə;
C) 2-5 dərəcə;
D) 1-3 dərəcə.
Sual 4. Azərbaycanda ilk dəfə olaraq Holland texnologiyası ilə iri həcmli kartof toxumu saxlanılan müasir avtomatlaşdırılmış anbar binası hansı rayonun ərazisində quraşdırılmışdır?
A) Gədəbəy;
B) Şəmkir;
C) Yevlax;
D) Tovuz.