Nəzəri biliklərin qiymətləndirilməsi
Test 4
Sual 1. .......................... kartof yumruları torpaqdan təxminən 5-6 kiloqram azot, 8-10 kiloqram kalium, 1,5-2,0 kiloqram fosfor çıxarır.
Nöqtələrin yerinə düzgün variantı qeyd edin
A) 1 sentner;
B) 1 kiloqram;
C) 10 ton;
D) 1 ton.
Sual 2. Kartofda .......................... çatışmadıqda vegetativ orqanların inkişafı zəifləyir, yarpaq ayalarının sayı azalır, yumrulara sulu karbonların daxil olması məhdudlaşır və nişastanın miqdarı aşağı düşür.
Nöqtələrin yerinə düzgün variantı qeyd edin.
A) Kalsium;
B) Su;
C) Azot;
D) Nişasta.
Sual 3. ............................. kartof bitkisinin kök sisteminin inkişafını sürətləndirir, yetişmə müddətini qısaldır, keyfiyyət göstəricilərini yaxşılaşdırır və yumrularının qabığını möhkəmləndirir.
Nöqtələrin yerinə düzgün variantı qeyd edin.
A) Kalsium;
B) Fosfor;
C) Azot;
D) Maqnezium.
Sual 4. Hansı xəstəliyin əlamətlərini yalnız kartof yumrularını kəsdikdən sonra müəyyənləşdirmək mümkündür?
A) Yumruların qaralması;
B) Yumruların yaşıllaşması;
C) Yumruların yaş bakterial çürüməsi;
D) Qara ayaq.