-
Silosun hazırlanma texnikası
|
-
İş paltarlarını geyinin.
- Qarğıdalı 60-70 faiz nəmlikdə 40-50 santimetr hündürlükdə biçilir.
- Əgər silos süd-mum yetişkənlikdə hazırlanırsa, parçalar 30-35 millimetr, süd yetişkənlikdə isə 40-45 millimetrə qədər xırdalanmalıdır ki, yemin şirəsinin axınının qarşısı alınsın.
- Doğranmış silos maşınlara yüklənir.
- Silos maşınlarla saxlanma anbarlarına daşınır.
- Saxlama üçün xəndəklər hazırlanır. Xəndəklərə maşınlardan 80 santimetr qalınlıqda silos tökülərək ağır texnika ilə preslənir. Bu proses sona qədər təkrarlanır. Əsasən xəndəklərin divar dibləri hava qalıqlarının qalmaması üçün bərkidilərək silos yığılır.
- Silos tam yerləşdirilib xəndək doldurulduqdan sonra hermetik mühitin (hava qalığı qalmamalıdır) yaradılması üçün xəndəyin üstü xüsusi çadırlarla örtülür. Ağırlıq üçün çadırın üstünə işlənmiş təkər, torpaq və ya torf qatı döşənir. Beləliklə külək və ya başqa ünsürlərlə çadırın üstünün açılmasının qarşısı alınır.
- Daha ətraflı və detallı məlumat üçün dərslikdəki
Məhsulun silos edilməsi, qurudulması və saxlanması mövzusunu diqqətlə oxuyun.
|