1. Kombaynın dənlik silos yığımı üçün hazırlanması
|
-
İş paltarlarını geyinin.
- Maşının hidravlik silindrinin işlək vəziyyətdə olmasını yoxlayın.
- Traktorun montaj sistemi yoxlanılaraq qoşqu yeri tənzimlənir.
- Qoşqular traktorlara qoşulur və hidravlik sistem traktora birləşdirilir.
- Traktorda baxış güzgüləri qurulur ki, arxadakı taxılbiçənin işini görmək olsun.
- Taxılbiçənin konveyerləri tənzimlənir.
- Millər arasındakı aralıqlar tənzimlənir.
- Moto-dırmıqların kəmərləri tənzimlənir.
- Bıcaqlı baraban (kirpilər) tənzimlənir.
- Mufta ilə moto-dırmıqların arasındakı bağlar tənzimlənir (3-5 millimetr).
- Kardan valın muftasının, moto-dırmıqların və konveyerlərin yayları yoxlanılaraq tənzimlənir.
- Bütün sistem yoxlanıb, nizamlandıqdan sonra traktor sahədə 6-8 saat ərzində boş sürülür.
|
-
Kombaynın qarğıdalı yığımı üçün işə salınması
|
-
İş paltarlarını geyinin.
- Kombayndakı kəsici alətlərin qarşılıqlı duruşu tənzimlənir, bıcaqların itiliyi yoxlanılır. Qırıq və ya kütləşmiş bıçaqlar dəyişdirilir.
- Bitki ötürücü konveyerlər yoxlanılır.
- Kombaynda qarğıdalı qıçasını gövdədən ayıran rulonların tənzimlənməsi aparılır.
- Qıçanı yarpaqlardan ayıran aparat tənzimlənir.
- Qıçadan dəni ayıran aparatdakı yaylar 82 millimetrə qədər sıxılır, qalxanla rulonlar arasında məsafə 2.5 millimetr ölçüdə tənzimlənir.
- Muftanın sıxıcı yayları ötürücü zəncirlərdə 61 millimetr, qıça yarpaqlarının konveyerlərində 89 millimetr, qıçanı təmizləyəndə 128 millimetr qədər tənzimlənir.
|