5.1.2.3. Silos üçün yığım
Silosluq qarğıdalının yem dəyərliliyi, fiziki və kimyəvi tərkibi bir mənalı olaraq yığım vaxtı dənin yetişmə fazasından asılıdır. Daha keyfiyyətli silos qarğıdalının mum və süd - mum fazasının sonunda yığılan məhsuldan alınır. Bu mərhələlərdə dənin nəmliyi 65 - 70 faiz təşkil edir, şəkər ehtiyatı çox olur və silosun turşululuq dərəcəsi mülayim olur (Şəkil 5.7.). Yem kimi istifadə edildikdə bu silos heyvanları 20 faiz enerji ilə təmin edir. Bu isə həm yemə qənaət edir, həm də böyük miqdarda süd məhsulu almağa səbəb olur.
Silos üçün yığım süd - mum yetişmənin erkən mərhələlərində aparıldıqda qida maddələrinin əhəmiyyətli hissəsinin itkisi baş verir. Məsələn, süd - mum fazasının başlanğıcında, dənin yüksək nəmliyi və quru maddənin itkisi səbəbi ilə silos daha çox turşuluq faizinə çatır. Bu zaman silosun şirəsi ilə 5 faiz quru maddə axıb gedir.
Müm yetişkənlikdə hazırlanan silos üçün lazımi aqrotexniki tədbirlər:
Yadda saxlamaq lazımdır ki, əgər məhsuldarlıq aşağıdırsa, o zaman qarğıdalını süd - mum yetişkənlik dövründə yığmaq lazımdır. Bu vaxt silos üçün bitkinin yaşıl kütləsi daha şirəli və yaşıl olur. Yaxşı məhsuldar əkinləri mum yetişkənlikdə silos üçün, tam yetişkənlikdə isə dən üçün yığmaq lazımdır.
5.2. Yığım texnikasının təşkil edilməsi
Ölkəmizin bir çox bölgələrində qarğıdalı həm silos, həm də dən üçün becərilir.
Qarğıdalı məhsulunun yığımı çətin texnoloji prosesdir. Sənayedə bu bitkinin yığımına aşağıdakı proseslər daxildir: