MODULUN SPESİFİKASİYASI
Modul üzrə ümumi təlim nəticələri:
Təhsilalan dən və ya silos istehsalı üçün qarğıdalı bitkisi əkininin əsaslarını bilir və bununla da qarğıdalının səmərəli əkilməsi üçün lazımi tədbirləri həyata keçirməyi bacarır. Təsərrüfatda növbəli əkini müəyyənləşdirən faktorları bilir və bitki tərkibini tələbata əsasən lazımi qida maddələri ilə təmin etməyi və xəstəlik, zərərvericilərdən mühafizə etməyi bacarır.
Bitkilərin inkişaf mərhələləri haqqında biliklər əsasında düzgün aqrotexniki tədbirlərin aparıldığı halda yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etmək iqtidarındadır. O, məhsulun yığılma vaxtını müəyyən edə bilir, məhsul yığımını özü həyata keçirməyi və ya məhsul yığımını təşkil etməyi bacarır. O, məhsulun saxlanmasını və ya yemçilik üçün silos edilməsini düzgün təşkil edə bilir. Birinci tədris ilində əldə edilmiş bitkiçilik üzrə ümumi ilkin biliklər (gübrələmə, torpaqşünaslıq və s.) bunun üçün əsas şərtdir.
Kənd təsərrüfatı ixtisasları üzrə 2 - ci tədris ili üçün modullar | |
Modul (təhsil sahəsi): | Qarğıdalı əkini |
Modulun nömrəsi: | 3.1.1.2.2.2.03 |
Dərs saatı (məsləhət görülən): | |
İxtisas üzrə nəzəri dərslər: | 30 saat |
İxtisas üzrə praktiki dərslər: | 50 saat |
İstehsalat təcrübəsi: | 50 saat |
Tədrisin məqsədi | Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) | Tədrisin məzmunu (praktiki məşğələlər) | Dərs saatları (praktiki məşğələlər) | İstehsalat təcrübəsi | Dərs saatları (istehsalat təcrübəsi) | Metodik göstərişlər |
Öz regionu üçün dənlik və ya yemlik (silos) qarğıdalı əkinin iqtisadi əhəmiyyətini bilir. | Dənlik və yemlik (silos) qarğıdalı əkininin iqtisadi əhəmiyyəti. İnkişaf mərhələləri. İstifadə imkanları. | 2 | Mühüm məlumatların və gəlir/xərclər haqqında məlumatların toplanması. | 2 | |||
Təsərrüfatda növbəli əkinə təsir edən faktorları tanıyır, qarğıdalı bitkisinin növbəli əkinə, həmçinin, torpaq və iqlimə olan tələblərini bilir. | Torpağa olan tələbat. Torpağın mühafizə tədbirləri. İqlimə olan tələbat. Növbəli əkinə olan tələbat. Səpin üçün torpağın hazırlanması. | 3 | Torpaq becərən maşınların işə hazırlanması. Səpinə hazırlıq işləri. | 5 | 5 |