5.1.2. Yığım
Qarğıdalı üç formada yığılır:
5.1.2.1. Dən yığımı
Qarğıdalının dən üçün yığımının əsas məqsədi toxumluq üçün dən istehsalıdır. Məqsəd ən az itkilərlə yüksək quru maddə faizi ilə məhsulun yığılmasıdır. Bunun üçün yatmağa davamlı sort və hibridlərlə yanaşı keyfiyyətli yığım kombaynları lazımdır (Şəkil 5.4).
Məhsulda quru maddənin yığım vaxtı 60 faiz olması lazımdır. Bu vaxt dənin qıçaya birləşmə nöqtəsində qara nöqtəni görmək olar (Şəkil 5.5).
5.1.2.2. Döyülməmiş tam qıçaların yığımı
Qıçaların yığımı Xersoneç - 200 (Херсонец - 200), Xersoneç - 7 (Херсонец - 7), KOP - 1 (КОП - 1), KSKU - 6 (КСКУ - 6) kombaynları ilə aparılır. Daha sonra qıçalar qurudulur və xüsusi dən döyən aparatlarla döyülərək yem və ya toxum üçün dən alınır (Şəkil 5.6).
Aqrotexniki tələblər: