Nəzəri biliklərin qiymətləndirilməsi
Test 4
Sual 1. Qarğıdalı sahəsində ilk kultivasiyada bitkinin boyu ........................... santimetr olduğu zaman, ikinci kultivasiya isə bitkinin boyu ........................... santimetr olduğu vaxt aparılmalıdır.
A) 12 - 15, 50 - 60;
B) 30 - 35, 20 - 30;
C) 12 - 15, 30 - 35;
D) 12 - 35, 30 - 40.
Sual 2. Çürümüş peyinin qarğıdalı əkinlərinə hansı təsirləri düzgün göstərilib?
A) Seyrəklik yaradır, havalanmanı tənzimləyir;
B) Alaq otlarının çıxışını əngəlləyir, su tutumunu artırır;
C) Qaysaq təbəqənin əmələ gəlməsinin qarşısını alır, havalanma potensialını artırır;
D) Bitkinin çiçəklənməsini tezləşdirir, seyrəklik yaradır.
Sual 3. Nə üçün qarğıdalı bitkisi kökdən çəkilərək seyrəldilir?
A) Dəstək köklərinin yerin altında qalmaması üçün;
B) Bitkinin böyümə konusu torpaq səviyyəsinin altında olduğu üçün;
C) Çıxarılan yuvaya yeni qarğıdalı şitillərini əkmək üçün;
D) Bitkilərin tam dibdən çıxmasına əmin olmaq üçün.
Sual 4. Qarğıdalıda hansı aqrotexniki tədbirin aparılması kök bölgəsində havalanmanı təmin edərək, bitkinin inkişafına səbəb olur və alaq otlarını məhv edir?
A) Kətmənləmə;
B) Suvarma;
C) Gübrələmə;
D) Kimyəvi mübarizə.
Sual 5. Qarğıdalı bitkisində dib doldurma nə üçün aparılır? Hansı fikir doğru deyil?
A) Bitkinin yatmağa qarşı dayanıqlığını təmin etmək üçün;
B) Dəstək köklərinin torpaqla təmasını yaratmaq üçün;
C) Köklərin yaxşı sulanması üçün;
D) Torpaqdan fosfor və digər qida maddələrinin alınması üçün.
Sual 6. Azot gübrəsi sahəyə nə vaxt verilməlidir?
A) Dondurucu şum altına;
B) Əkin vaxtı və ikinci kətmənləmə zamanı;
C) Üçüncü sudan sonra;
D) Yalnız əkin vaxtı.