4. Bitki mühafizə tədbirlərindən istifadə metodikası
|
-
Daha öncə müşahidələrinizi yazdığınız dəftərə baxın.
- Xəstəlik və ya ziyanvericilərin hansı inkişaf fazasında olduğunu təsbit edin.
- Mübarizə aparacağınız xəstəlik və ya ziyanvericinin əleyhinə olan dərmanları müəyyən edin.
- İş paltarınızı geyinin, dərmanları, çiləyici aparatı götürün sahəyə çıxın.
- Kimyəvi maddənin (dərmanın) üzərindəki və ya qutusunun içindəki göstəriş kağızını diqqətlə oxuyun;
- İşçi məhlulunu hazırlayın. Məhlulu çiləyicidə (əllə çiləmə aparılacaqsa) və ya traktorun dərman tankerlərində hazırlayın.
- Mütləq təhlükəsizliyə riayət edin, qoruyucu geyimi və respiratorlarınızı geyinin.
- Çiləməni həyata keçirin.
- Dəftərinizdə çiləmə gününü və dərmanın adını qeyd edin.
|