Nümunənin götürülən dərinliyi nəm torpaqda 30 santimetr, qurumuş torpaqda 40 santimetr olmalıdır. Nümunələrdə əgər cənub uzunburunu tapılıbsa torpaq əkinqabağı (payız göstəricilərinə görə) və ya sahədəki bitkilər (yaz tətqiqatına görə) dərmanlanmalıdır.
Sovkalar, məftil qurdları - bu həşəratlar da cənub uzunburunu üçün aparılan metodla təsbit edilir.
Torpaq nümunələrində həşaratların sürfələri axtarılır və sayılır. 100 hektardan çox olan sahədən 15 santimetr dərinlikdə hər 100 hektardan əlavə 4 nümunə də götürülməlidir.
Daha sonra nümunələrin hər 1m3 -dən çıxan pupları sayın.
Torpaq nümunələrinin götürüldüyü ərazinin 50 addım ətrafında uçan kəpənəkləri cədvələ görə təsbit edib dəftərə yazın (Cədvəl 4.2).
Sirayətlənmə faizi
Kəpənəklərin sayı
1. Çox zəif
1 kəpənəkdən çox deyil
2. Zəif
5 kəpənəkdən çox deyil
3. Orta
6 - 50 kəpənək
4. Çox sirayətlənib
51 və ya çox kəpənək
5. Kütləvi sirayətlənmə
Kəpənəkləri saymaq mümkün olmayıb (çox olduqları üçün)
Cədvəl 4.2. Zərərvericilərlə sirayətlənməni təsbit
etmək üçün göstəricilər.
Gövdə (qarğıdalı) güvəsi - qışlamış halının sayını öyrənmək üçün payızda çox görünən ərazilərdə tədqiqat aparılır.
Sahənizin 20 metr ətrafından başlayaraq 1m2 ərazidən bitki qalıqları, gövdələri yarpaqları yığın (güvələr onlarda qışlayır) və baxış keçirin;
Ən az 100 bitki qalığına (20 ərazidən 5 bitki qalığı) baxmaq lazımdır.
Cədvəl 4.2 - yə əsasən sirayətləməni qiymətləndirin və dəftərinizdə qeyd edin.
Dərmanlama işlərini tətbiq edin.
(Slavqorodskaya - Kurpieva, Slavqorodskiy - Alpeev 2003)