Quruduqdan sonra toxumları bir daha çəkin və aldığınız rəqəmi “Dənin quru çəkisi” bölümünə yazın.
200 dən seçin. Dənləri ən böyük, ən yaxşılar olaraq deyil, qeyri ixtiyari və qarışıq seçin. Onları 75 dərəcədə 25 saat termostatda qurudun. Quruduqdan sonra onları da çəkin və aldığınız rəqəmi jurnalınızda“200 dənin çəkisi” bölməsinə yazın.
Ölçüləri apardıqdan sonra dəftərinizdə qarğıdalının məhsuldarlıq hesablamalarını aşağıdakı üsullarla aparın.
Hesablama 1. Bitkilərin məhsuldarlığı üçün seçdiyiniz ərazinin sahəsi:
Ərazi m2=”sahənin uzunu” x”sahənin eni” Hesablama 2. Dənin nəm faizinin hesablanması üçün düstür.
Nəm faizi = Dənin ümumi nəm çəkisi - Dənin quru çəkisi/ Dənin ümumi nəm çəkisi Hesablama 3. Min dənin çəkisi
1000 dənin çəkisi (qramla) = 200 dənin çəkisi x 5
Hesablamaların cavablarını dəftərinizdə qeyd edin.
Bitki tərkibində zərərvericilərin müəyyənləşdirin
Qarğıdalıda payız sovkası, qarğıdalı kəpənəyi, çəmən kəpənəyi, boz cənub uzunburnu, məftil qurdunun ziyan həddini müəyyən etmək üçün dəftər qələm hazırlayın.
İş paltarını geyinib sahəyə çıxın və metodikalara uyğun müşahidələrinizi aparın.
Bu tədqiqatlar payız və yaz aylarında aparılmalıdır.
Sahədən şahmat formasında 50x50 santimetr ölçüdə torpaq nümunələri götürün Cədvəl 4.1