-
Qarğıdalının məhsuldarlıq göstəricilərinin təyini və hesablamaların aparılması
|
-
Parçadan böyük çanta və ya hər cərgə üçün bir torba götürün.
- Cərgələrin nömrəsini yazmaq üçün etiket kağızları götürün.
- Hər cərgə üçün bir böyük və kiçik kağız (200 dən üçün) torba götürün.
- İş paltarınızı geyinin, müşahidə üçün jurnal və dəftər götürüb sahəyə çıxın.
- Müşahidələrinizi aparacağınız ərazini seçib onun “eni” və “uzununu” dəftərinizə yazın.
- Seçdiyiniz ərazidən 10 ədəd qıça yığın.
- Qıçaların yarpaqlarını soyun və lazım gəldikdə günün altına sərin ki, qurusunlar.
- Quruduqdan sonra bütün qıçaları tərəzi ilə çəkin və jurnalınızda “Qıçanın ümumi çəkisi” bölməsinə yazın.
- Qıçaları çəkdikdən sonra onların dənlərini döyün və dənləri çəkin. Aldığınız rəqəmi “Dənlərin ümumi nəm çəkisi” bölməsinə yazın.
- Çəkdiyiniz dənləri laboratoriyaya aparın və qurutmaq üçün 75 dərəcədə 48 saat müddətində termostatda qurudun.
|