Qarğıdalı bitkisinin alaq otları ilə əsas mexaniki mübarizə tədbirləri aşağıdakılardır:
Cərgə araları qarğıdalı bitkilərinin 50 santimetr hündürlükdə olana qədər qazayağı qoşqusu ilə 2-3 dəfə kultivasiya edilməlidir;
Əgər işçi qüvvəsi varsa kultivasiyadan sonra yerdə qalan alaq otları kətmənlə təmizlənməlidir (Şəkil 4.19).
Kimyəvi tədbirlər üç fərqli zamanda aparılır:
Əkindən qabaq. Dərmanlama aparıldıqdan sonra diskli və ya dırmıq qoşqulu traktolarla torpağın 5-7 santimetr dərinliyinə qarışdırılır;
Çıxışdan qabaq. Qarğıdalı əkindən 5 gün sonra, alaq otları və qarğıdalılar cücərməmiş, dərmanlama aparılır;
Çıxışdan sonra. Alaqlar və qarğıdalıların cücərtiləri əmələ gəldikdən sonra dərmanlama həyata keçirilir. Bu metodla, qarğıdalılar 20-30 santimetr, ensiz yarpaqlı alaqlar 10-15 santimetr, enli yarpaqlı alaqlar isə 4-5 santimetr hündürlüyə qalxdıqda kimyəvi mübarizə aparılır.
Alaqlarla mübarizədə diqqətə alınmalı əsas
şərtlər:
Seçilən kimyəvi dərmanlar vaxtında istifadə olunmalıdır. Vegetasiyanın ilk 40 günündə bu tədbirlər tamamilə həyata keçirilməlidir. Məhz bu intervalda alaqlarla qarğıdalı cücərtiləri arasında güclü rəqabət kritik həddə olur;
Yağışlı bölgələrdə cərgəarası mexaniki tədbirlərin aparılması çətinləşdiyi üçün dərmanlama aparılması zəruridir;
Əkin qabağı və sonrası aparılan dərmanlama zamanı torpağın lazımi qədər dərman aldığına diqqət vermək lazımdır;
Kimyəvi mübarizə vaxtında aparılmalıdır, yoxsa qarğıdalılar da ziyan görə bilər.
Şəkil 4.17. Pərpətöyün
Şəkil 4.18. Unluca
Şəkil 4.19. Kultivasiyadan sonra təzə çıxan və ya qallıq alaq otlarının kətmənlə təmizlənməsi