Suvarılan torpaqlarda qarğıdalı bitkisinin boy atmasını yaxşılaşdırmaq məqsədi ilə yemləmə gübrələri verilir. Birinci yemləmə bitkilərin 3-4 yarpaq inkişaf fazasında 1 hektara
4.2.2. Gübrə verilmə dövrləri
Qarğıdalı tarlasına peyin, fosfor və kalium gübrələri torpaq becərməsi zamanı əsas şum altına verilir. Azot gübrəsinin bir qismi əkinlə birlikdə, (Şəkil 4.6) qalan qismi qarğıdalının vegetasiya dövrlərinə görə cərgə aralarına və ya kətmənləmə ilə bərabər verilir. Azot gübrəsini verən zaman fikir vermək lazımdır ki, gübrə bitkinin yarpaqlarına düşməsin, çünki bu yarpaq yanıqlarına səbəb ola bilər.
4.2.3. Uyğun gübrənin seçilməsi
4.2.3.1. Azotlu gübrələr
Qarğıdalı becərmə zamanı ammonium sulfat (Şəkil 4.7), amonium nitrat (Şəkil 4.8) və karbamid (Şəkil 4.9) kimi gübrələr istifadə olunur. Bu gübrələrdən ammonium sulfat torpağın turşuluğunu neytrallaşdırmaq üçün duzlu və ya qələvi torpaqlarda əkindən qabaq və ya əkin zamanı istifadə edilməlidir. Digər neytral və ya turş xarakterli torpaqlarda isə karbamid və ya ammonium nitrat gübrələri istifadə edilməlidir.
Qarğıdalı bitkisinə azotlu gübrələr iki dəfə verilir. Birinci əkinlə bərabər, ikinci dəfə isə bitki boyu 50-60 santimetr hündürlükdə olduqda. İkinci gübrələmə kətmənləmə zamanı cərgə arasına verilməlidir. Azotun quru halda 1 hektar 8 - 10 kiloqram, su ilə qarışdırılmış halda (çiləmə üsulu - (Şəkil 4.10), 16 - 18 kiloqram hesabı ilə torpağa verilməsi yetərlidir.