Əgər qarğıdalı əkini sahələrində alaqlara qarşı dərmanla mübarizə aparılmayıbsa iki dəfə kətmənləmə aparılmalıdır. Əgər alaqlara qarşı dərmanlama aparılıbsa, onda bir dəfə kətmənləmə kifayət edir.
İlk kətmənləmə bitki boyu 12-15 santimetr olanda, ikincisi isə 30-35 santimetr olduğu zaman aparılmalıdır (Şəkil 4.1)
Qarğıdalı sahələri əllə kətmənləmədən başqa eninə və uzununa traktorlarla da becərilməlidir.
Qarğıdalıda ilk kultivasiya bitki boyu 12-15 santimetr olduğu zaman, ikinci kultivasiya isə bitki boyu 30-35 santimetr olduğu vaxt aparılmalıdır (Şəkil 4.2, Şəkil 4.3).
Kultivasiyanın dərinliyi cədvəl 1-də göstərildiyi kimi olmalıdır (Cədvəl 4.1).
Kultivatorun pəncələri elə yerləşdirilməlidir ki, pəncənin kənar hissəsi dən əkilən yuvadan 10-12 santimetr məsafədə olsun. Bunu ona görə edirlər ki, kultivatorun pəncəsi və yuva arasında qoruyucu zona qalsın. Fikir vermək lazımdır ki, kultivatorun bütün pəncələri mütləq bir üfüqi müstəvidə yerləşsin. Bu zaman bitkinin dibini 3-4 santimetr ölçüdə örtərək alaq otlarının yaxşı kəsilməsini və torpağın yaxşı yumşaldılmasını təmin etmək olar.
Birinci kultivasiya birtərəfli pəncələrlə (ülgüclərlə) keçirilməlidir. Belə pəncələr körpə cücərtiləri torpaqla basdırmır.
Əgər sahələr çox alaqlı olarsa onda ikinci və üçüncü kultivasiyanın da aparılması zəruridir.
Kultivasiya aparılan şərait |
I-ci Kultivasiya dərinliyi |
II-ci Kultivasiya dərinliyi |
III-cü Kultivasiya dərinliyi |
Suvarılan torpaqlarda | 10 - 12 santimetr | 8 - 10 santimetr | 6 - 8 santimetr |
Dəmyə torpaqlarda | 8 - 10 santimetr | 6 - 8 santimetr | 5 - 6 santimetr |
Cədvəl 4.1. Suvarılan və dəmyə torpaqlarda kultivasiya dərinliyinin göstəriciləri