Sual 12. Bitki arasının sıxlaşmasının hansı müsbət cəhəti doğru göstərilməmişdir?
A) Bitkilərin qida sahəsi düzgün bölünür;
B) Torpaq səthindəki qida maddələrindən eyni səviyyədə bitkilərlə istifadə olunur;
C) Torpaqlarda nitrat qalıqları yığımdan sonra azalmır;
D) Torpaq eroziyası azalır.
Sual 13. Hopdurma üsulu ilə suvarma üçün olan şırımların dərinliyi ....... olmalıdır:
A) 16 - 18 santimetr;
B) 12 - 14 santimetr;
C) 24 santimetr;
D) 18 - 20 santimetr.
Sual 14. Toxumların səpinqabağı hazırlığı üçün hansı tədbirlərin aparılması doğru deyil?
A) Toxumlar saxlanılan anbarlarda aprobasiya aparılır və toxumlar yoxlanılır;
B) Tipik olmayan, xəstə və ziyanvericilərlə zədələnmiş toxumlar çıxdaş edilir;
C) Toxumların cücərmə qabiliyyətinin, enerjisinin və qüvvəsinin artırılması məqsədi ilə 10-15 santimetr qalınlığında laylarla səpilir və 4-5 gün günəş altında qızdırılır;
D) Səpindən bir ay, səpindən 3-5 gün qabaq 75 faizli vitavaks (3 kilo qram/ton), qranozan (1,0 -
1,5 kiloqram/ton) və sair preparatlarla dərmanlama aparılmalıdır.
Sual 15. Aleyron nədir?
A) Toxumun ən vacib hissəsidir, çünki o, toxumun cücərməsi və cavan bitkinin qidalanması üçün
lazım olan ehtiyat qida maddələrinin deposudur;
B) Ağ, açıq sarıdan tünd sarıyadək, qırmızı, qəhvəyi, qara rəngdə olan qabıq təbəqəsidir;
C) Sıx, nazik hüceyrə təbəqəsidir, ağ, sarı, göy, qəhvəyi və qara rəngdə olur;
D) Tərkibini, əsasən, nişasta təşkil edir. Toxum cücərdikdə ilk rüşeym kökcüyü və gövdə əmələ
gələndə bu nişasta şəkərə çevrilərək qida maddəsi kimi istifadə olunur.