3.4.1. Qarğıdalının səpin normasının hesablanması
Qarğıdalının səpin normasını aşağıda göstərilən amillərə görə fərdi şəkildə təyin etmək lazımdır:
Hesablamalar
Qarğıdalının 200 dəninin çəkisini bilməklə 1000 dənin çəkisini hesablamaq olar. Bunun üçün zibildən təmizlənmiş dənlərdən 200 ədəd seçilir. Dənlər paketlərdən irili - xırdalı, qarışıq götürülməlidir. Götürülmüş dənlər elektron tərəzidə çəkilir. Alınmış rəqəm aşağıdakı düsturla hesablanır.
1000 d. ç. = 200 d.ç. x 5
Məsələn, deyək ki, “X” - sortunun 200 dəninin çəkisi 50,65 qr təşkil edir.
50.65 x 5 = 253.25
Deməli, götürülmüş sortun 1000 dəninin çəkisi 253,25 qramdır. Əgər əkiləcək materialın 1000 dəninin çəkisi hesablanıbsa, səpin normasını cədvəlin göstəricilərinə görə təyin etmək olar (Cədvəl 3.4).
Qarğıdalı sıx əkildikdə qıçaların əmələ gəlməməsi və bitkinin yatması artır, dən doldurma faizi aşağı düşür. Həmçinin, bu amil bitkinin sahədə gübrə və sudan istifadəsini də artırır. Seyrək əkilən səpində isə nəzərdə tutulan məhsulun faizi aşağı düşür.
Yığımda bitki sıxlığı, min\ha |
Səpin vaxtı dənin sayı |
1000 dənin çəkisi olduğu halda qarğıdalı toxumlarının çəki norması kiloqram\ha |
|||||||
Min ədəd\ha |
Poqon metrə |
1000 dənin çəkisi qr. | |||||||
160 | 170 | 180 | 190 | 200 | 210 | 220 | |||
52 | 57.8 | 4.0 | 9.2 | 9.8 | 10.4 | 11.0 | 11.6 | 12.1 | 12.7 |
56 | 62.2 | 4.3 | 9.9 | 10.6 | 11.2 | 11.8 | 12.4 | 13.0 | 13.7 |
Cədvəl 3.4 Səpin normasının göstəriciləri
3.5. Dərmanlama
Gələcək məhsulun əsası toxum materiallarının sağlam olmasından çox asılıdır. Toxumla keçən xəstəliklərin əksəriyyəti, xüsusilə də, bərk və toz sürmə məhsula daha çox (15-20 faizə qədər) ziyan vurur. Səpin üçün birinci sinif toxumlardan, onlar çatmazsa, ikinci sinif toxumlardan istifadə edilir. İçərisində karantin alaq bitkilərinin toxumları, ziyanvericilərin canlı sürfələri və özləri olan toxumlar səpinə yararsız hesab edilir.