Düstur 1
C 1 = (2x1)+(10x2) + (67x3)+(8x4)+(6x5)+(4+6) + (1+7)
2+10+ 67+ 8+ 6+4+ 1 = 3.2 sutka
Düstur 2
C 2 = (39×2)+(41×3)+ (18×4)
39+41+ 181 = 2.8 sutka
3.3.4. Cücərmə enerjisinin hesablanması
72 saatdan sonra toxumları yoxlayıb cücərməyən toxumların sayını öyrənmək lazımdır. Dən qabığı yarılmamış və rüşeym kökcüyünün əmələ gəlmədiyi toxumlar cücərməmiş sayılır. Cücərmə enerjisi düsturla hesablanır:
𝑿 = 𝟐𝟎𝟎−𝐧
𝟐𝟎𝟎 × 𝟏𝟎𝟎 𝐟𝐚𝐢𝐳𝐥𝐢
X - cücərmə faizi;
n - cücərən toxumların sayı.
3.4. Səpin sıxlığı
Bitki sıxlığı yüksək dən məhsulu almağın təməl hissəsidir. Hektarda bitkinin sayı çox olduqda bir bitkiyə düşən işıq və qida sahəsi azalır, bu da bitkinin inkişafına, boyuna və məhsuldarlığına təsir edir. Hektara bitkinin sayının düzgün seçilməsi ilə onlar üçün optimal qida sahəsi yaranır. Bu da bitkinin məhsuldarlığını artırır və dənin keyfiyyətini yüksəldir. Əgər sahədə optimal bitki sıxlığı yaranmasa və onların düzgün yerləşdirilməsi alınmasa, onda digər aqrotexniki tədbirlər lazımi səmərə vermir.
Hər təsərrüfatda qarğıdalı bitkisinin hektarda sayı fərdi halda müəyyənləşdirilir.
Yerli qarğıdalı sortlarının 1000 ədəd dəninin çəkisi 300-350 qram arasında dəyişir. Respublikamızda becərilən dənlik və silosluq qarğıdalı sortlarının toxumunun böyüklüyü və əkin şərtlərindən asılı olaraq səpin normaları:
Hibrid toxumlar üçün səpin norması bir sot sahə üçün 2-2.5 kiloqram hesabı ilə 5500-6500 ədəd bitkidir. Nəzərdə saxlamaq lazımdır ki, dənlik və yem üçün silosluq qarğıdalının səpin normalarında fərq var. Əkin sxemi bu halda dəyişə bilər. Məsələn, yem üçün qarğıdalının əkin sxemi 18x70 və ya 20x70 ola bilər. Səpin norması hektara 60-80 min ədəd dən nəzərdə tutulur.
Bəzi dağlıq rayonlarda maşınla səpmə çətin olduqda əllə əkinlər aparılır. Bu halda səpin norması kimi bir sot sahə üçün 10-11 kiloqramdan çox toxum istifadə oluna bilər.