Petri fincanları suyun altında yuyucu maddələrlə təmiz yuyulub marqans məhlulu ilə və ya spirtlə dezinfeksiya edilərək termostatda 130 dərəcədə qurudulur.
Filtr kağızları su ilə isladılaraq qurudulmuş Petri fincanlarının dibinə yerləşdirilir (Şəkil 3.18). Qarğıdalı toxumları rüşeym tərəfi ilə filtr kağızının üstünə düzülür. Toxumlar cücərdikdə iriliyindən asılı olaraq filtr kağızı üzərində bir-birindən 0.5-1.5 santimetr aralı məsafədə yerləşdirilir. Toxumlar düzüldükdən sonra hər sınaq fincanının üstünə qeyd nömrəsi, nümunə (50 toxum) nömrəsi, cücərmə qüvvəsi və qabiliyyətinin hesablanması tarixini göstərən etiket qoyulmalıdır. Bütün qeydlər adi qara karandaşla aparılmalıdır. Toxumlar termostatda cücərdilməlidir. Toxumların cücərmə qabiliyyətinin sürətinin dəqiq xarakterinin verilməsi üçün hər gün cücərmiş toxumların qeydiyyatı aparılır və aşağıda verilmiş formaya yazılır.
Belə olan halda cücərtilərin sürəti (C) və çıxışların eyni vaxtda alınması (E) aşağıdakı kimi hesablanır (düstur 1, düstur 2):
№1(E1) və №2 (E2) bərabərdir:
E1 = 98/7 = 14,0
E2 = 98/3 = 32,7
Yuxarıda verilmiş məlumatlardan görünür ki, cücərmə qabiliyyətinin sürəti bir toxumun bir sutkada orta cücərmə müddətini göstərir. Cücərmə isə - bir sutkada cücərmiş toxumların orta hesabla sayıdır (Cədvəl 3.3).
№ | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | Cücərmə enerjisi (faizlə) |
Cücərmə qabilliyəti (faizlə) |
1 | 2 | 10 | 67 | 8 | 6 | 4 | 1 | 79 | 98 |
2 | - | 39 | 41 | 18 | - | - | - | 80 | 98 |
Cədvəl 3.3 Hər bir sutkada cücərmiş toxumların sayı