Toxumun cücərməsi təbii faktorlarla bərabər aşağıdakı amillərdən də asılıdır:
Sınaqlar bir neçə metodla aparıla bilər. İsti, soyuq, kimyəvi vasitə ilə. İsti cücərmə sınaqları üçün, əsasən, filtr kağızları və ya kvars qumundan istifadə olunur.
3.3.3. Cücərmə sınağı üçün lazım olan ləvazimatlar
Sınaqların ilkin mərhələsi kalibrləmədir.
Kalibrləmə daha keyfiyyətli toxumların seçilməsi üçün aparılır. Onlar ölçü, forma, təqribən eyni qida maddələri tərkibinə görə seçilir.
Kalibrləmə üçün toxumlar 3-5 faizli duz məhlulunda (30-50 qram xörək duzu 1 litr suda həll olunur) 2 saat müddətində saxlanılır. İki saatdan sonra toxumların ağır və sağlam olanları qabın dibinə çökəcək. Yüngül və kiçik toxumlar isə üzə çıxacaq. Üzə çıxan toxumlar çıxdaş edilir. Seçilən toxumlar təmiz su ilə yuyularaq termostatda və ya otaq temperaturunda qurudulur.
Qalan toxumları 50 (±1) toxum olmaq şərti ilə 4 yerə bölürük.