3.1.1.5. Mumabənzər qarğıdalı - Ceratina Kulesh
Şəffaf endospermlə xarakterizə olunur (Şəkil 3.7). Xarici görünüşü və rəngi ilə mumu xatırladır. Belə oxşarlıq dənin tam yetişməsi və qurumasından sonra müşahidə olunur, ona görə də bu yarımnöv mumabənzər adlandırılmışdır.
3.1.1.6. Nişastalı qarğıdalı - Amylacea Sturt
Dənin endospermi unlu və yumşaqdır. Dənin tərkibində 71.5-82.6 faiz nişasta və 6.9-12.1 faiz zülal vardır (Şəkil 3.8).
3.1.1.7. Nişastalı-şəkərli qarğıdalı - Amylios Sturt
Dəni qarışıqdır, aşağı hissəsi unlu endospermli, yuxarı hissəsi şəkərli qarğıdalıda olduğu kimidir. Bu yarımnöv sənayedə yayılmayıb və yalnız Cənubi Amerikada yayılmışdır.
3.1.1.8. Qabıqlı qarğıdalı - Tunicata Sturt
Çox qədimi və nadir yarımnövdür, heç yerdə becərilmir. Yalnız kolleksiya pitomniklərində istifadə olunur. Dənləri sünbül pulcuqları ilə əhatə olunmuşdur (örtülüdür) (Şəkil 3.9).
3.1.1.9. Yarımdişvari qarğıdalı
Bu, növmüxtəlifliyi illərlə aparılan seleksiya işləri ilə dişvari və qəhvəyi növmüxtəlifliyinin çarpazlaşmasından əmələ gəlib.
Müasir təsnifata görə bu 9 növmüxtəliflikdən yalnız 6-sı əsas sayılır. Yarımdişvari, mumabənzər və qabıqlı qarğıdalı mutant formalar kimi tanınır və seleksiya məhsulu olduqları üçün artıq növmüxtəliflik kimi ayrılmır.
Respublikamızda, əsasən, dişvari qarğıdalı geniş yayılmışdır.