Sual 6. Torpaqda alaq otları varsa hansı aqrotexniki qulluğu aparmaq lazımdır?
A) 20-25 santimetr dərinlikdə şumlanma aparmaq lazımdır;
B) Dondurma şumu etdikdən sonra ardınca arat etmək lazımdır;
C) Malalama etmək lazımdır;
D) 10-12 santimetr dərinliyində dondurma şumu edilməli və eyni zamanda malalama etmək lazımdır.
Sual 7. Herik şumunu hansı torpaqlarda etmək məsləhət görülür?
A) Dəmyə şəraitində olan torpaqlarda;
B) Gilli torpaqlarda;
C) Suvarılan torpaqlarda;
D) Suvarılan və dəmyə şəraitində.
Sual 8. Hansı torpaqlarda qarğıdalını əkmək məsləhət deyil?
A) Qara torpaqlarda;
B) Qumsal torpaqlarda;
C) Şoran torpaqlarda;
D) Boz-qonur torpaqlarda.
Sual 9. Hansı müddəa qarğıdalıya aid deyil?
A) Qarğıdalı şaxtaya həssas bitkidir;
B) Bu bitki güclü kök sisteminə malikdir;
C) Yaxşı sələf bitkisidir;
D) Payızlıq bitkidir.
Sual 10. Hansı təbii faktor qarğıdalının erkək və dişi çiçəkləri arasında uyğunsuzluq yaradır?
A) Şoranlaşmış torpaq;
B) İsti iqlim şəraiti;
C) Torpağa verilən qida maddələrinin faizi;
D) Soyuq iqlim şəraiti.