Nəzəri biliklərin qiymətləndirilməsi
Test 2
Sual 1. Növbəli əkin nə deməkdir?
A) Qeyri ixtiyari bitkilərin əkilməsi;
B) Sahə və bitkilərin vaxta görə növbəli əkilməsi;
C) Bitkilərin sahə və vaxt üzrə növbə ilə əkilməsi;
D) Bitkilərin vaxta görə növbə ilə əkilməsi.
Sual 2. Qarğıdalı cücərtisi .............................. dərəcədə oyanır.
Nöqtələrin yerinə düzgün cavabı yazın.
A) 3-4 dərəcə;
B) 6 dərəcə;
C) 8 dərəcədə;
D) 10 dərəcədə.
Sual 3. Qarğıdalı əkiləcək torpağın pH dərəcəsi neçə olmalıdır?
A) 7-8;
B) 6-7;
C) 4-5;
D) 7-9.
Sual 4. Gilli torpaqlarda qarğıdalı dəninin əkin dərinliyi neçə santimetr olmalıdır?
A) 7.5-8 santimetr;
B) 5-8 santimetr;
C) 10 santimetr;
D) 12 santimetr.
Sual 5. Yüksək temperatur qarğıdalıda hansı mənfi təsirlər yaradır?
A) Bitkinin boyu uzanır, çiçəkləri tez açır;
B) Tozlanma zəifləyir, qıça uzun olur;
C) Tozlanmanı zəiflədir, dən doldurma faizini azaldır;
D) Yarpaqlar büzüşür, dən dolumu yüksək faizli olur.