Yüksək temperatur əsasən də çiçəkləmə və tozlanma fazalarında qarğıdalı üçün əlverişli deyil. Artıq 30-35˚C temperatur qarğıdalının inkişafına mənfi təsir göstərir. Əsasən də, çiçəklənmə dövründə havadakı yüksək temperaturla bərabər qarğıdalı əkilən torpaqda aşağı nəmlik faktoru da vardırsa, məhsuldarlıq kəskin düşəcək. Buna səbəb, qarğıdalının erkək çiçəkdəki mayalama tozcuqlarıdır. Onlar 60 faiz nəmliyə malikdirlər və hava temperaturunun 32-35˚C, hava nəmliyinin isə 30 faizdən aşağı olduğu halda quruyur və tozlanma qabiliyyətlərini itirir (Şəkil 2.4). Qarğıdalının kök sisteminin inkişafı da temperaturdan çox asılıdır. Kök sisteminin inkişafı üçün optimal temperatur təqribən 24˚C-dir.
Əgər vegetasiya dövründə torpağın temperaturu 16˚C-yə çatmazsa, orta və gecyetişən sortlar çiçəkləyə bilmir. Bu bitkinin məhvinə səbəb olacaq minimal temperatur 4-5˚C, maksimal temperatur isə 48˚C dərəcədir.
Qarğıdalı bitkisində quraqlığın təsiri ilə baş verən fizioloji və morfoloji zərərlər bunlardır: