2. Torpaq səthində bitki qalıqlarını saxlamaq
Məqsəd:
3. Növbəli əkinin tətbiqi
Məqsəd:
Əlbəttə ki, bu qanunlar fərqli əkin şəraitlərindən asılı olaraq dəyişir. Hər torpağa fərdi yanaşmaq lazımdır. Ancaq torpaqları mühafizə tədbirlərini istifadə etsək, yəni düzgün qurulmuş meliorasiya işləri (suvarma) və aqrotexniki qulluq sayəsində yüksək məhsuldarlıqla bərabər, torpaqlardan da uzun müddət istifadə edə bilərik.
Şəkil 2.2. Müdafiə olunmuş və olunmamış torpaqların məruz qaldığı eroziyalar
2.3. İqlimə olan tələbat
Qarğıdalı temperatur rejiminə çox tələbkar bitkidir.
Qarğıdalı toxumunun cücərməsi üçün yüksək temperatur vacib şərtdir. Dəndə cücərti artıq 6˚C-də oyansa da, dən qabığını 8˚C-də yarıb çıxır. Vegetativ orqanların (kök, gövdə, yarpaq) əmələ gəlməsi üçün 10˚C temperatur lazımdır. Generativ orqanların yaranması və çiçəkləmə üçün isə 12˚C istilik tələb olunur. Bu bitki şaxtaya çox həssasdır. Cücərtilər -2˚C-yə qədər tab gətirə bilirlər, ancaq-3˚C-də məhv ourlar.