2. Qarğıdalı əkini
Qarğıdalı əkini bir neçə qanunauyğunluqlarla əhatə olunmalıdır. Əkinlər, sələf bitkilərin düzgün seçimi və növbəli əkinin tətbiqi ilə aparılmalıdır. Qarğıdalı əkinlərinin yüksək məhsuldarlığını təmin edən amillərdən biri də düzgün əkin sxemi seçilərək torpaq-iqlim şəraitinə uyğun düzgün əkinlərin aparılmasıdır. Düzgün aqrotexniki tədbirlərlə torpaqların müdafiəsini təmin etmək lazımdır ki, onlar uzun müddət istifadə edilə bilsinlər.
2.1. Torpağa olan tələbat
Qarğıdalı müxtəlif tip torpaqlarda böyüyüb inkişaf edə bilər. Bu bitki həm qara torpaqlarda, həm də şabalıdı və boz torpaqlarda yüksək məhsul verir (Şəkil 2.1). Yalnız bataqlaşmış və şoran torpaqlarda əkilməsi məsləhət deyil. Qarğıdalı bitkisi cücərmə fazasında duzluluğa davamlıdır, ancaq vegetasiya dövrünün digər mərhələlərində torpaqdakı duza və suvarılma üçün istifadə olunacaq suyun duzuna çox həssaslıq göstərir. Torpağın pH dərəcəsi 6-7 olmalıdır. Qarğıdalı turş torpaqları da sevmir. Ümumilikdə bu bitki yaxşı havalanan, yaxşı drenajı olan, qida maddələri ilə zəngin torpaqları sevir.
2.2. Torpağın mühafizə tədbirləri
İnsan əsrlər boyu torpaqdan maksimum məhsul almaq üçün fərqli üsullara əl atıb. Hər il düzgün olmayan aqrotexniki tədbirlər və intensiv suvarmalar, həmçinin torpaqda qalan bitki qalıqlarının yandırılması torpağın üst qatının yuyulmasına, eroziyaya uğramasına gətirib çıxarır. Son göstəricilərə görə insanların fəaliyyəti hər il torpağın üst qatının 26 mln. tonunu yararsız hala gətirir. Son illər artıq insanlar başa düşüblər ki, aqrotexniki tədbirlər yüksək məhsul almaqla bərabər torpağı da mühafizə etməlidir. Artıq torpaq və resurs qoruyucu əkinçilik bu məsələlərlə məşğuldur. Bu əkinçilik üç əsas prinsipdən ibarətdir:
1. Torpaq becərilməsinin azaldılması
Məqsəd: