Sual 6. Nə üçün qarğıdalı bitkisi alaqla mübarizə üçün yaxşı sələf bitkisi sayılır?
A) Çünki güclü kök sistemi alaqlara inkişaf etməyə imkan vermir;
B) Qarğıdalının kökündə zəhərli maddə var və alaqları məhv edir;
C) Qarğıdalı əkilən sahədə alaq ümumiyyətlə bitmir;
D) Kök və gövdə xəstəlikləri alaqlara inkişaf etməyə imkan vermir.
Sual 7. Hansı Azərbaycan sortlarını tanıyırsınız?
A) Pioner, Monsanto;
B) Krasnodarskiy 1, Voronejskaya 76;
C) Zaqatala 68, Mirvari;
D) Zaqatala 514, Voronejskaya 76.
Sual 8. 360 kiloqram qarğıdalı dənindən orta hesabla neçə kiloqram yağ almaq olar?
A) 7-8 kiloqram;
B) 15-28 kiloqram;
C) 100-150 kiloqram;
D) 18-21.6 kiloqram.
Sual 9. Qarğıdalının əsasən hansı hissəsində kağız və selluloza istehsal olunur?
A) Dənindən;
B) Yarpağından;
C) Gövdəsindən;
D) Kökündən.
Sual 10. Qarğıdalı hansı fəsiləyə aiddir?
A) Paxlalılar fəsiləsinə;
B) Giləmeyvə fəsiləsinə;
C) Taxıllar fəsiləsinə;
D) Badımcankimilər fəsiləsi.