Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Dünyada istehsal olunan qarğıdalının neçə faizi heyvanlara yem kimi və neçə faizi ərzaq üçün istifadə olunur?
A) 46 faizi heyvanlara yem kimi, 54 faizi ərzaq üçün istifadə olunur;
B) 73 faizi heyvanlara yem kimi, 27 faizi ərzaq üçün istifadə olunur;
C) 50 faizi heyvanlara yem kimi, 50 faizi ərzaq üçün istifadə olunur;
D) 90 faizi heyvanlara yem kimi, 10 faizi ərzaq üçün istifadə olunur.
Sual 2. Qarğıdalının vətəni haradır?
A) Avstraliya;
B) Çin;
C) Fransa;
D) Mərkəzi və Cənubi Amerika.
Sual 3. Qarğıdalı bitkisinin əcdadları hansı bitkilərdir?
A) Arpa və buğda;
B) Noxud və qama;
C) Teosinte və qama;
D) Teosinte və qarabaşaq.
Sual 4. Arxiv göstəricilərinə görə ilk dəfə qarğıdalı Qafqaza neçənci ildə və haradan gətirilib?
A) 1885-ci ildə Amerikadan;
B) 1786-cı ildə Çindən;
C) 1873-cü ildə Məkkədən;
D) 1834-cü ildə Moldovadan.
Sual 5. Bir kiloqram quru dəndə neçə yem vahidi və neçə qram həzm olunan protein vardır?
A) 0.2 yem vahidi-39 qram;
B) 1.34 yem vahidi-78 qram;
C) 2.5 yem vahidi-98 qram;
D) 50 yem vahidi-50 qram.