Xəstəlik göbələk mənşəlidir. İnfeksiya mənbəyi sirayətlənmiş toxumlar yoluxmuş bitkilərin qalıqlarıdır. Xəstəliktörədici göstərilən yerdə piknidi (piknidi - orqanizmin özünü xarici mühit amillərinin zərərli təsirlərindən müdafiə etməsi üçün formalaşdırdığı mühafizə qatı) formasında 2-3 il müddətində həyatiliyini saxlayır. Biçindən sonra sahədə küləş qalıqları üzərində qalmış göbələk spor kisələri formalaşdırır. Sahə suvarıldıqda və ya yağışlar yağdıqdan sonra rütubətli şərait yaranır. Xəstəlik törədicisi sağlam raps bitkisi üzərinə düşərək orada inkişaf edir. Belə bitkilər inkişafdan qalır. Görkəminə görə onlar zəifdir, aşağı yarpaqlar qırmızı-bənövşəyi və ya göytəhər rəng alır. Yaşlı bitkilərin yoluxması zamanı xəstəlik gövdənin kök boğazı hissəsində meydana çıxır, əsas və yan köklərdə boztəhər, yüngülcə basıq ləkələr əmələ gəlir. Müəyyən müddətdən sonra ləkələr tündləşir, onların səthində çoxsaylı kiçik qara, qabarıq göbələk piknidləri (piknid - spor kisəciyi) əmələ gəlir. Gövdənin və köklərin sirayətlənmiş toxumaları tədricən dağılır, nəticədə çürümə əmələ gəlir (Şəkil 4.36, Şəkil 4.37, Şəkil 4.38). Göbələyin mitseli hüceyrə aralarında yayılır, yoluxmuş toxumaların səthində qabarıq piknidlər əmələ gətirir. Göbələk bitkiyə həşəratlarla zədələnən bitki toxumasından keçir. |
Xəstəliyin inkişafına 20-24°C temperatur və havanın yüksək nisbi rütubəti əlverişli şərait yaradır.
Raps əkinləri bu xəstəliklərin təsirindən böyük ziyan görə bilər. Vaxtında tədbir görülməsə, bütün məhsulu itirmək təhlükəsi yaranır.
Mübarizə tədbirləri:
► Növbəli əkin qaydalarına riayət olunmalıdır. Ən azı üç ildən sonra raps öz əkin tarlasına səpilməlidir (rapsın rotasiya müddəti ən azı üç ildir);