Səpindən sonra torpağa təsiredici maddə hesabı ilə 1000 kvadrat metr səhəyə 25 kiloqram həcmində amonium nitrat gübrəsi verilməlidir (Şəkil 4.8).
Tarlada raps yerüstü yarpaq rozetini 6-8 yarpaq həddinə çatdırmış tarla çıxışı əmələ gətirdikdən sonra ehtiyac olarsa, herbisid və ya boy maddələri çilənir (Şəkil 4.9).
Raps əkinləri üçün aqrotexniki qaydalara riayət edilməklə torpağın hazırlanması ən vacib şərtlərdən biridir. Raps becərilməsində bunu nəzərə almaq lazımdır ki, bitkinin ilk inkişaf mərhələlərində rütubətə tələbi yüksək olur. Becərilən raps sahəsində aqrotexniki tədbirlərin köməyi ilə torpaq rütubətinin saxlanması çox vacibdir. Bunun üçün raps əkiləcək tarlada səpinqabağı becərmə işlərini düzgün təşkil edib həyata keçirmək çox vacibdir.
Raps əkiləcək sahədə bundan əvvəl əkilmiş bitkinin növündən asılı olaraq becərmə işləri aşağıdakı məqsədlər üçün aparılır:
Əgər əkiləcək bitkidən qabaq tarla buğda və ya arpa tarlası olubsa və tarlada quru ot qalığı çoxdursa, bu zaman həmin ot qalığını bərabər şəkildə tarlaya yaymaq lazımdır.
Bunun üçün:
Əgər tarlada ot qalığı çox deyilsə və torpaqda bitki qalığı azdırsa, onda səpinqabağı dişli diskləmə kifayət edir.
Bəzən torpaqda biçindən əvvəl bitki toxumları da qalır və bu da raps əkini zamanı çıxış verir. Belə tarlalarda dərindən şum aparmağa ehtiyac yoxdur. Yalnız həmin toxumlar cücərti verdikdən sonra üzdən qazayağı kotanlarla bir gediş getmək lazımdır. Bu həm torpağın səthini yumşaldır, həm də yeni çıxmış alaq bitkilərini məhv edir. Bundan sonra vərdənəli mala ilə iki gediş torpaq işlənməlidir. Torpağın çox kiçik narın hissəciklərə parçalanması arzuolunmazdır. Bu cür narınlaşdırılmış torpaq yağış yağdıqdan və ya sahə suvarıldıqdan sonra torpaq səthində çatlamış qaysaqlar əmələ gətirir, bu da yeni cücərmiş bitkilərin zədələnməsinə səbəb olur (torpaq hissəcikləri 5 santimetr diametrindən böyük olmamalıdır).