Sual 11. Əgər petri fincanında toxumların 98 faizi cücərti əmələ gətiribdirsə, bu toxum
....
A) Üçüncü sinif toxum kimi dəyərləndirilir;
B) İkinci sinif toxum kimi dəyərləndirilir;
C) Birinci sinif toxum kimi dəyərləndirilir;
D) Toxum kimi dəyərləndirilmir.
Sual 12. Toxumun səpin keyfiyyəti bir çox göstəricilərlə təyin edilir. Bu göstəricilər
aşağıda qeyd olunan variantların hansında düzgün göstərilib?
A) Toxumun yağlılığı, qida keyfiyyəti, yağ istehsalına yararlılığı, tərkibində eruk turşusu və
qlükozinolitlərə görə;
B) Toxumun iqtisadi və əmtəə göstəricilərinə görə;
C) Toxumun təmizliyi, cücərmə enerjisi, cücərmə qabiliyyəti, nəmliyi, 1000 dənin (toxumun) çəkisi,
xəstəlik və zərərvericilərə yoluxma dərəcəsinə görə;
D) Toxumun zülal çıxımına, tərkibindəki nişastaya görə, spirt istehsalına görə.
Sual 13. Dərmanlama ..............................................
.................................... ....................................... ..............................
.............
.......................................................................................................................................
işlənməsindən ibarətdir. Nöqtələrin yerinə düzgün variantı göstərin:
A) Su ilə toxumların yuyulması və neft məhsulları ilə dərmanlamanın aparılması;
B) Duzlu, qaynanmış su ilə toxumların;
C) Raps yağı ilə toxumların;
D) Quru tozşəkilli kimyəvi preparatlarla və ya maye halında olan kimyəvi preparatlarla toxumların.
Sual 14. Ən yaxşı bitki sıxlığı payızda ......................... bitki, yazda isə
.................................. bitki hesab olunur. Nöqtələrin yerinə aşağıda qeyd olunmuş düzgün
variantı qeyd edin:
A) 10 kvadrat metrə 80-120; 60-100;
B) 5 kvadrat metrə 100-120; 160-200;
C) 1 kvadrat metrə 80-120; 60-100;
D) 20 kvadrat metrə 180-120; 160-100.
Sual 15. Raps əkinlərində toxumsəpən aqreqatın hansı əsas hissələrinin sazlığına diqqət
etmək lazımdır?
A) Toxumsəpənin rənginə, qabaritlərinə, təkərlərinə;
B) Toxumsəpənin təkərlərinin havasına, toxum kanallarına, gavahına, çarxlara;
C) Toxumsəpənin yağına, təkərlərinə, qoşqusuna, rənginə;
D) Heç birinə.