|
- Diqqət edin ki, toxumlar bir-birinin üzərinə düşməsin;
- Əkin sahəsinin hamar səthli hissəsində 1 kvadrat metrlik ləklər düzəldin;
- Lazımdırsa, təsərrüfat işçilərindən kömək istəyin;
- Hazırlanmış ləklərdə 1-2 santimetr dərinliyində cərgələr açın;
- Həmin cərgələrə raps toxumlarını əkib üzərini örtün;
- Ləklərin torpağının rütubətli olmasına diqqət edin;
|
9. Raps toxum nümunələrindən laboratoriya şəraitində və 1 kvadrat metrlik açıq sahələrdə nümunə
əkinləri apardıqdan sonra çıxmış bitki cücərtiləri sayəsində toxumun cücərmə faizini
müyyənləşdirin.
|
- İş paltarını geyinin;
- Qələm, dəftər, 3-5 sutka ağzı bağlı şəkildə saxlanılmış petri fincanlarını götürün.;
- Petri fincanlarında çıxmış raps cücərtilərini sayın;
- Ləklərdə olan çıxışları sayın;
- Götürdüyünüz toxum nümunələrinin hansı toxum sinfinə aid olduğunu müəyyənləşdirin;
- Toxum nümunələri ilə aparılmış təcrübələr əsasında səpin normasını müəyyənləşdirin.
|
10. Toxumsəpəni işə hazırlayıb əkin üçün səpin normasını müəyyənləşdirin. Ayrılmış toxum
kütləsini tarlaya əkin.
|
- Cücərmə faizi ilə aparılmış təcrübələrə əsasən səpin normasını hesablayın;
- Anbardardan lazım olan toxumdan 1 kiloqram artıqlaması ilə toxum alın;
- Traktorçunun və aqrotexnikin köməyi ilə toxumsəpəni toxum üçün nizamlayın;
- Toxumu toxumsəpənin toxum bunkerinə tökün;
- Səpin üçün tələb olunan müvafiq kütlədə gübrə götürüb toxumsəpənin gübrə bunkerinə
tökün;
- Sahə sxeminə əsasən traktor aqreqatına qoşulmuş toxumsəpənin toxum səpmə işinə diqqət
edin;
- Səpindən sonra tarlanı səpin boyu gəzib üstü açıq qalmış toxumların üstünü örtün;
- Lazım olarsa, təsərrüfat işçilərindən kömək istəyin;
- Aparılmış səpin işləri barədə dəftərinizə müvafiq qeydlər edin.
|