Şəkil 3.41. Müasir səpin kompleksi (Horsch Pronto 6 DC)
Son zamanlar müasir universal toxumsəpənlər istehsal olunmaqdadır (Şəkil 3.41). Bu toxumsəpənlər kompleks
şəkildə torbaqda lazım olan dərinlikdə şum aparır, toxum səpir və malalama işlərini həyata keçirir.
Bundan da raps becərilməsi üçün ən əlverişli texniki vasitələr kimi müxtəlif ölkələrdə geniş istifadə
olunur.
Toxumların torpaq dərinliyinə düşmə səviyyələrinin eyni olması üçün torpaqda aparılan aqrotexniki
tədbirlər tam qaydasında aparılmalıdır. Torpağın səthi hamar olmalıdır. Əgər sahənin torpaq səthi
nahamar və ya kəsəkli olarsa, səpiləcək bitki toxumlarını heç bir toxumsəpən aqreqat və ya maşın
vasitəsi ilə bərabər dərinliyə səpmək mümkün deyil.
|
Sərbəst iş üçün tapşırıqlar
|
- Respublikada raps bitkisinin becərilməsi üçün uyğun bölgələr barədə məlumatları araşdırın.
- Raps bitki sortları barədə məlumatlar toplayın.
- Hibrid raps barədə məlumatlar toplayın.
- Sortlar və hibridlər barədə toplanmış məlumatlar əsasında hansının ölkə ərazisində yetişdirilməsinin
daha gəlirli olması barədə qısa məlumat hazırlayın.
- Raps toxumu götürmək üçün raps becərən yerli fermer təşkilatları tapın.
- Raps becərən fermer və ya təsərrüfatı ziyarət edin.
- Təsərrüfatçı və ya fermerlərdən becərdiyi raps haqqında məlumat alın.
- Təsərrüfatçı və ya fermerlə raps becərilməsi üçün tələb edilən bilik və bacarığınızı müqayisəli
şəkildə araşdırın.
- Raps tarlasını ziyarət edin.
- Raps tarlasında bitkiləri vizual müşahidə edin.
- Raps əkinlərində istifadə olunan texnikanı müşahidə edib traktorçu və ya aqrotexniklə
öyrəndiklərinizi dəqiqləşdirin.