Toxumsəpən aqreqatı ilə işə başlamazdan əvvəl bütün işçi orqanların sazlığı yoxlanır. Əsasən, gavahınların və toxum kanallarının iş qabiliyyəti yoxlanır. Toxum kanalında tıxac və ya zədələnmələr olmalı deyil. Çarxlar rozetləri (Şəkil 3.35) ilə birlikdə təkərlər firladılan zaman azad fırlanmalıdır. Daşıyıcı təkərlərdə eyni hava təzyiqi (0.16-0.20 Mpa) olmalıdır. Eyni zamanda səpin nizamlayıcının qolunu əllə hərəkət etdirdikdə korpusdakı çarxlar val ilə birlikdə hərəkət etməlidir. Gavahının disklər arasındakı klirens (zazor) məsafəsi 1.5 mm olmalıdır. Onların bıçaqlarının ucu 1.5 millimetrdən çox olmalı deyil. Səpinin toxum ölçüsünə və səpin normasına görə nizamlanması sahəyə çıxmamış həyata keçirilir. |