Yuxarıdakıları nəzərə alaraq toxumların səpin normasını dəqiq hesablamaq olar. Fərz edək ki, səpiləcək toxum materialı I sinif toxumdur. Bu toxumun təmizliyi 98 faiz, cücərməsi 94 faizdir. 1000 dənin kütləsi 7 qramdır. Bu toxumlardan 1 hektara 800 min ədəd cücərmə qabiliyyətinə malik olanları səpilməlidir. Bunun üçün raps toxumlarının əvvəlcə təsərrüfat yararlılığı təyin edilir.
Beləliklə, bir hektar sahəyə 800 min cücərə bilən toxum səpmək üçün 608 kiloqram raps toxumu götürülməli, toxumsəpən də buna uyğun tənzimlənməlidir.
Hibrid raps toxumları da bu qaydaya uyğun olaraq hesablanır. Səpini aparmamışdan qabaq toxumsəpən bundan qabaqkı əkindən sonra təmizlənməli və raps əkinləri üçün tənzimlənməlidir. Normal aqrotexniki səpin müddətinə bir həftə qalmış toxumların səpin norması bir hektara 1 kiloqram azaltmaq məsləhətdir. Torpaqda rütubətin az olması, yağıntıların gecikməsi, səpindən sonra yağışların bir həftədən çox gecikməsi gözlənilirsə, bu zaman toxumun səpin normasını bir hektara 1 kiloqram artırmaq məsləhətdir.
Respublikamızın müxtəlif torpaq-iqlim şəraitinə uyğun olaraq rapsın səpini üçün müxtəlif səpin üsulları tətbiq edilir. Bitki üçün əlverişli şərait yaratmaqla eyni bərabər boylu cücərtilərin alınması, torpağa verilən gübrə və digər qida maddələrindən bitkinin səmərəli istifadəsi, toxumların torpağa bərabər dərinlikdə basdırılması, kompleks mexanikləşdirilmiş qulluğun təşkili səpin üsullarına qoyulan tələblərdən biridir.
Raps əkinlərində bitkinin məhsuldarlığı səpin qaydalarından və səpin üsulundan asılıdır. Toxum nəm torpağa cərgələrlə səpilir. Səpin adi cərgəvi üsulla və ya gencərgəli üsul ilə cərgəarası 30 və 45 santimetr olmaqla aparılır. Hektara 12-15 kiloqram, gencərgəli üsulda isə 6-8 kiloqram toxum (1.1-1.5 milyon ədəd cücərmə qabiliyyətli) sərf edilir. Ən yaxşı bitki sıxlığı payızda 1 kvadrat metr ə 80-120 bitki, yazda isə 60-100 bitki hesab olunur. Səpin müddəti payızlıq taxılların səpin müddətindən 2-3 həftə tez həyata keçirilir. Toxumun basdırılma dərinliyi 2-3 santimetrdir. Səpindən sonra tarla hamar səthli vərdənə ilə tapdanır.
`