Elit toxum super elit toxumdan elit toxum şitilliklərində çoxaldılma yolu ilə alınır (Şəkil 3.14). Elit toxum istehsalında göstərilən bütün tədbirlər ən yüksək mədəni əkinçilik səviyyəsində yerinə yetirilir. Toxumun başqa məqsəd üçün istifadə edilməsi qadağandır.
Elit toxumun becərilməsindən alınan toxum birinci nəsil (R1), birinci nəsil əkildikdə ikinci nəsil (R2), ikinci nəsil əkildikdə üçüncü nəsil (R3) və s. toxumlar alınır. Hər il əkildikdə nəslin sayı bir vahid artır (Şəkil 3.15).
Raps bitkisinin elit toxumları seleksiya stansiyaları və elmi-tədqiqat müəssisələri, lazımi maddi texniki bazaya malik toxumçuluq şirkətləri tərəfindən istehsal olunur. Göstərilən tələbata uyğun elit raps toxumları sortdaxili və sortlararası hibridləşdirmə, seçmə, əlavə tozlandırma, xüsusi aqrotexniki şəraitdə və s. iş üsullarından istifadə edilərək istehsal olunur. Alınmış elit raps toxumlarının keyfiyyəti ya orijinal, ya da super elit toxumlarla müqayisə edilərək müyyən edirlər. Dövlət standartı 52325 - 2005-ə (10583-76), əsasən, raps bitkisinin elit toxumlarında əsas bitkinin toxumu 99.6 faizdən, cücərməsi 90 faizdən yuxarı olmalıdır. 1 kiloqram raps toxumunda 120 ədəddən çox kənar bitki toxumu ola bilməz. Cücərmə qabiliyyəti bu kateqoriya toxum üçün 90 faizdir.
Reproduksiya toxumu elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxumdur. Elit toxumun becərilməsindən alınan toxum birinci nəsil (R1), birinci nəsil əkildikdə ikinci nəsil (R2), ikinci nəsil əkildikdə üçüncü nəsil (R3) və s. toxumlar alınır. Hər il əkildikdə nəslin sayı bir vahid artır. R1 raps toxum kateqoriyasına görə toxumun sort təmizliyi 97 faizdən, ən aşağısı 96 faizdən az, 1 kiloqram toxumda başqa bitki qarışığı isə 400 ədəddən çox ola bilməz. Cücərmə faizi isə 85 faizdən az ola bilməz. Bu kateqoriyadan aşağı göstəricili toxum toxum kimi qəbul edilmir. Sort ildən asılı olmayaraq yüksək məhsul verməlidir, xəstəliklərə və ziyanvericilərə davamlı olmalıdır, mexanikləşdirilmiş becərməyə uyğun olmalıdır, məhsulu yüksək keyfiyyətli olmalıdır. Bundan əlavə, raps əkinlərində aşağı aqrotexnika, yararsız sələf, düzgün olmayan gübrə sistemi, torpağın pis becərilməsi, toxumların aşağı keyfiyyətli əkinqabağı hazırlanması və vaxtı-vaxtında yığılmaması təkcə məhsuldarlığı yox, həm də toxumların səpin keyfiyyətini aşağı salır. Eyni sortun toxumunun məhsuldarlıq xassələri müxtəlif ola bilər ki, bu da becərmə şəraitindən asılıdır. |