Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Raps bitkisinin botaniki təsviri, bioloji xüsusiyyətlərini tədqiq edin.
|
- Bitki barədə ətraflı məlumat toplayın;
- Bunun üçün bitkinin botaniki təsviri və bioloji xüsusiyyətlərini ədəbiyyat
məlumatlarından konspektləşdirib götürün;
- İnternet məlumatlarına əsasən raps haqqında xarici və yerli saytlardan məlumatlar
toplayın;
- Qonşu ölkələrdə rapsın əkini barədə məlumatlar toplayın;
- Raps bitkisinin növbəli əkindəki yeri və növbəli bitkiləri barədə məlumat toplayın.
|
- Raps bitkisi əkiləcək torpağın aqronomik qaydalara görə dəyərləndirilməsini aparın,
bundan qabaq əkilmiş bitki örtüyünü müəyyənləşdirin.
|
- İş paltarını geyinin;
- Bel, metr, qayçı, ip, qələm, dəftər, portativ pH metr, xətkeş taxta payacıq götürün;
- Sahəni vizual müşahidə edin;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Tarlanın müvafiq hissələrindən torpaq kəsimləri götürün;
- Götürülmüş torpaq kəsimlərini vizual olaraq dəyərləndirib dəftərinizə müvafiq qeydlər
edin.
|
- Raps bitkisi əkiləcək torpaqda əvvəllər əkilmiş bitkinin becərilməsində tətbiq edilmiş
aqrotexniki, kimyəvi, meliorativ tədbirləri müəyyənləşdirin.
|
- İş paltarını geyinin;
- Sahəni vizual müşahidə edin;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Raps əkiləcək təsərrüfatın işçilərindən bundan qabaq əkilmiş bitki barədə məlumat
alın;
- Bundan qabaqkı əkinlərdə hansı aqrotexniki qaydalarla torpağın hazırlanması bərədə
məlumat alın;
- Əkinlərdə hansı herbisid, hansı gübrə və bitki mühafizəsi vasitələrindən istifadə
olunması barədə məlumat alın;
- Yığılmış məhsulun keyfiyyəti barədə məlumat alın;
- Topladığınız məlumatları dəftərinizə qeyd edin.
|