Sərbəst iş üçün tapşırıqlar
Raps bitkisinin botaniki təsviri və bioloji xüsusiyyətləri haqqında danışın.
Keçən dərsdə hazırladığınız herbari və çəkdiyiniz rəsm üzərində rapsın orqanlarını göstərin.
Respublikamızda rapsın becərilməsinə dair məlumatları toplayıb onları müzakirə edin.
Raps bitkisnin torpaq-iqlim və suya olan tələbatı haqqında qısa təqdimat hazırlayıb təqdim edin.
Raps becərilən torpaqlar barədə araşdırma aparın.
Növbəli əkin və onun üstünlükləri barədə qısa təqdimat hazırlayın.
Növbəli əkin barədə sxematik rəsm çəkib ətrafında danışın.