Payızlıq raps uzun gün bitkisidir. Çıxışdan budaqlamaya qədər 30-40 gün keçir. Yazlıq rapsın vegetasiya müddəti 90-110 gündür. Tərkibində 30-40 faiz (toxumunda) yağ var. Toxumları 1-3°C-də cücərmə qabiliyyətinə malikdir. Çıxışları 3-5°C şaxtaya dözür. Nəmlik sevən bitkidir. Payızlıq rapsın vegetasiya müddəti 290-320 gündür. Bu növ raps toxumunun tərkibində 40-50 faiz yağ vardır. Çıxışdan 15-16 gün sonra budaqlamağa başlayır. Çiçəkləmə 25-30 gün davam edir, çiçəkləmənin axırından yetişməyə qədər isə 25-30 gün keçir. Bir ton raps toxumu torpaqdan 60 kiloqram azot, 24 kiloqram fosfor, 42 kiloqram kalium elemen tini aparır.
Yazlıq rapsın vegetasiya müddəti 90-110 gündür. Səpildikdən 5-6 gün sonra cücərti verir. Birinci 20-30 gün gövdəsi yavaş böyüyür. Bu vaxt çox da böyük olmayan rozet yarpaqlar əmələ gətirir. Cücərtilər alındıqdan 35-50 gün sonra çiçəkləmə başlayır və çiçəkləmə 20-35 gün, bəzən daha çox davam edir. Yazlıq raps soyuğa davamlı bitkidir. Onun toxumları 1-30C-də cücərməyə başlayır. Müntəzəm çıxışlar isə (5-7 gündən sonra) 9-12°C-də alınır. Cücərtilər 3-5°C, yaşlı bitkilər isə 8°C şaxtaya dözə bilir. Vegetativ kütləsinin böyüməsi üçün 18-20°C istilik tələb olu-nur. Çiçəkləmə və toxumların yetişməsi dövründə 23-25°C temperatur əlverişlidir. Yazlıq raps nəmlik sevəndir. Ən çox suyu qönçələmə və çiçəkləmə fazasında sərf edir. Bu dövrdə havaların quraq keçməsi toxum məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Yazlıq raps torpaq şəraitinə az tələbkardır. Onu müxtəlif torpaq tiplərində, hətta əhəng verilməklə turş podzollu (podzollu-torpaq formasıdır, əsasən, meşəaltı torpaqlardır) torpaqlarda da becərmək olar. Yazlıq raps (kol-za) məhsuldarlığına və yağlılığına görə payızlıq rapsdan geri qalır.
2.1.3. Raps bitkisi becərilən torpağın su xassəsi və rejimi
Raps bitkisi 1993-cü ilə kimi Abşeron, Sabirabad, Saatlı, Şəmkir, Qazax, Şəki, Qobustan və s. müxtəlif torpaq-iqlim şəraitinə malik bölgələrdə becərilirdi. Respublikamızın bu bölgələrində əkinlər uğurla həyata keçirilsə də, sonradan bu bitkinin yerini taxılçılıq tutmuşdur. Hal-hazırda həmin bölgələr respublika üzrə raps bitkisi üçün ən əlverişli bölgələrdən hesab olunur. Raps bitkisi torpağın su xassələrinə və su rejiminə həssas bitkilərdəndir. Tədqiqatlara əsasən 1 qram quru maddənin əmələ gətirilməsi üçün bitki 200-1000 qram su sərf edilir. Torpaqda rütubətin olmaması və ya az olması raps bitkisinin məhsuldarlığına, bitkidə qida elementlərinin çatışmazlığına səbəb olur. Raps suya bitki cücərməsi və ilk çıxışlar formalaşanda və yarpaqların əmələ gəlməsində tələbkar olur. Bu zaman vaxtında suvarma işləri aparılmalıdır (Şəkil 2.5). |