4. Günəbaxanın kombaynla biçin prosesində iştirak edin. |
- İş paltarını geyinin;
- Qələm, dəftər götürün;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Sahəni vizual müşahidə edin;
- Sahədə bitkilərin ümumi vəziyyətinə göz gəzdirin;
- Günəbaxan biçən kombaynın hissələri ilə əyani tanış olmaq üçün kombaynçıya müraciət
edin;
- Sizə biçin prosesinin necə getdiyini göstərməsini ondan xahiş edin, əyani olaraq
göstərsin;
- Ona toxum itkisi olmadan biçin aparması üçün günəbaxan biçən kəsici aparatın
qoşulmasında kömək edin;
- Günəbaxan kəsici aparatının adi taxılbiçəndən fərqini əyani olaraq müəyyənləşdirin;
- Toxum biçini zamanı həm sürücü kabinəsindən, həm də təhlükəsiz məsafədən biçin prosesini
izləyin.
|
5. Toxumun yük maşınlarına yüklənməsi və daşınmasında iştirak edin. |
- İş paltarını geyinin;
- Qələm, dəftər götürün;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Kombaynın biçdiyi toxum məhsulunun bunkerdə toplanmasını kombaynçıdan göstərməsini xahiş
edin;
- Bunkerdən toxumun yük avtomabillərinə yüklənməsini müşahidə edin;
- Yük avtomabili ilə toxumun ilkin emala daşınmasında iştirak edin.
|
6. Toxumun təmizlənməsində və qurudulmasında iştirak edin. |
- İş paltarını geyinin;
- Qələm, dəftər götürün;
- Dəftərinizə toxum təmizləmə prosesini qeyd edin;
- Toxumqurutma avadanlığı ilə tanış olun;
- Əgər toxum qurudulması açıq havada aparılacaqsa, toxumqurutma prosesində iştirak edin.
|